ATƏT Türkiyədə qiyamçıların məhkəməsinə müşahidəçi göndərmək istəyir

ATƏT Türkiyədə qiyamçıların məhkəməsinə müşahidəçi göndərmək istəyir
# 22 iyul 2016 13:00 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. ATƏT Türkiyədə hərbi çevriliş cəhdi ilə əlaqədar həbs olunanların məhkəmə proseslərinə müşahidəçi göndərmək üçün müraciət edib.

APA-nın “Deutsche Welle” yə istinadən verdiyi xəbərə görə, bu barədə ATƏT/DTİHB-nin direktoru Maykl Link "RBB-İnforadio"ya müsahibəsində deyib. O bildirib ki, ATƏT vəziyyət barədə məlumat əldə etmək və hazırda qəbul edilən qərarları Türkiyə hökuməti ilə müzakirə etmək niyyətindədir.

M. Link qeyd edib ki, Ankara ATƏT-in təkliflərinə hələ ki cavab verməyib.

Qeyd edək ki, Türkiyə dövləti fövqəladə vəziyyət rejiminin tətbiqi ilə əlaqədar ölkə ərazisində müvəqqəti olaraq Avropa İnsan Haqları Konvensiyasının icrasını dayandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR