Müsavat MNTK-nın keçmiş sədri: “Vurğun Əyyubun Müsavat Məclisi üzvlüyündən çıxarılması nizamnaməyə ziddir”

Müsavat MNTK-nın keçmiş sədri: “Vurğun Əyyubun Müsavat Məclisi üzvlüyündən çıxarılması nizamnaməyə ziddir”
# 04 aprel 2015 14:32 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Müsavat Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) sabiq sədri İbrahim İbrahimli Vurğun Əyyubun bu gün Müsavat Məclisi üzvlüyündən çıxarılmasına münasibət bildirib.

İ. İbrahimli APA-ya açıqlamasında bu addımın Müsavat Nizamnaməsinə zidd olduğunu bildirib.

Onun sözlərinə görə, rəsmi ərizəsi olmadan (şifahi bəyanatına əsasən) adı Məclis üzvlüyündən çıxarılan şəxsdən Milli Məclisə namizədliyini irəli sürmək üçün rəsmi ərizə (şifahi bəyanatı nəzərə alınmadan) tələb etmək absurddur.

Qeyd edək ki, V. Əyyub Müsavatın Məclisini, eləcə də digər strukturları qeyri-legitim hesab edir. O, Müsavat Məclisinin bu gün keçirilmiş toplantısında sabiq başqan İsa Qəmbərin təklifi ilə Məclis üzvlüyündən çıxarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR