Türkiyə ordusunun Baş Qərargah rəisi baş nazirin ofisindədir

Türkiyə ordusunun Baş Qərargah rəisi baş nazirin ofisindədir
# 16 iyul 2016 10:03 (UTC +04:00)

Bakı - APA. Bu gün səhər qiyamçı hərbçilərin girovluğundan azad edilən Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar baş nazirin ofisi kimi istifadə edilən Çankaya iqamətgahına aparılıb.

APA-nın "Hürriyet"ə istinadən verdiyi xəbərə görə, ordu generalı H. Akar hərbi helikopterlə Çankaya iqamətgahının ərazisinə enib. O, hazırda vəzifəsinin icrasına başlayıb.

Xatırladaq ki, H. Akar qiyamçı əsgərlər tərəfindən Akıncı hərbi hava bazasına aparılmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR