Bakıda 4 nəfəri gün vurub, onlardan 1-i xəstəxanaya yerləşdirilib

Bakıda 4 nəfəri gün vurub, onlardan 1-i xəstəxanaya yerləşdirilib
# 05 iyul 2016 08:45 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Son günlər Azərbaycanda havanın hərarətinin yüksəlməsi nəticəsində paytaxtda bu ilin ilk günvurma hadisələri qeydə alınıb.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev APA-ya açıqlamasında deyib ki, günvurma ilə bağlı son 2-3 gündə 4 nəfər təcili yardıma müraciət edib. Onlardan 1 nəfəri xəstəxanaya yerləşdirilib.

Müraciət edənlərin arasında bir neçə uşaq da var. Belə ki, iyulun 4-də 14 yaşlı uşaqla bağlı təcili yardıma müraciət daxil olub. Uşağa yerində tibbi yardım göstərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR