Azərbaycan prezidentinin köməkçisi: “ABŞ-la bütün sahələrdə münasibətlərimiz rəvandır”

Azərbaycan prezidentinin köməkçisi: “ABŞ-la bütün sahələrdə münasibətlərimiz rəvandır”
# 31 may 2016 09:11 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “ABŞ və Avropa dövlətləri ilə həm ikitərəfli, həm də çoxtərəfli münasibətlərimiz çox rəvandır, proqramlaşdırılılan, proqnozlaşdırılandır və qarşılıqlı maraqlara söykənib”.

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov ABŞ-Azərbaycan münasibətlərini şərh edərkən deyib.

O bildirib ki, Azərbaycan bu ölkələrlə daxili işlərə qarışmamaq, bir- birinin maraqlarını müdafiə etmək prinsiplərinə sadiqdir və bir sıra sahələrdə ortaq maraqlara malikdir: “Bu ölkələr sırasında ABŞ xüsusi əhəmiyyət kəsb edir. Bütün sahələrdə bu ölkə ilə münasibətlərimiz rəvandır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR