"Müşavirədə Azərbaycanın həyata keçirdiyi iqtisadi siyasətin üstünlüyündən söhbət açıldı. Prezident İlham Əliyev çıxışında Azərbaycanın hərtərəfli inkişafından, iqtisadi potensialının güclənməsindən, həyata keçirilən fəal xarici siyasət ölkəmizin nüfuzunun yüksəlməsinə xidmət etdiyindən də söz açdı". Bu açıqlamanı APA TV-yə Azərbaycanın Cənubi Afrika Respublikasında fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov verib.
"Ənənəvi görüş oldu. Cənab prezident də bütün diplomatik korpusa tapşırıqlarını verdi. Eyni zamanda prezident İlham Əliyev xarici ölkələrdə Azərbaycanı təmsil edən səfirlərimizin işindən məmnunluğunu ifadə etdi. Son müşavirədən sonra əldə etdiyimiz uğurlardan söhbət açıldı. Amma bununla yanaşı qarşıdakı vəzifələrdən, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində bağlı səylərimizin artırılması ilə bağlı tapşırıqlar verildi”.
Səfirin sözlərinə görə, toplantıda həmçinin region ölkələri və dünyanın aparıcı dövlətləri ilə qarşılıqlı etimada əsaslanan münasibətlərin inkişafına əlavə olaraq qeyri-ənənəvi tərəfdaşlarla da əlaqələr qurulmasına da önəm verildiyi vurğulanıb.
Səfir Elxan Poluxov: “Cənab prezident diplomatik korpusa öz tapşırıqlarını verdi” - VİDEO
07 iyul 2014 15:38 (UTC +04:00)
Daxili siyasət
Məzahir Pənahov: Artıq parlament seçkilərinə hazırlığa başlamalıyıq
16:30
2 may 2024
MSK sədri: Bu il noyabrda parlament seçkiləri olmalıdır, müddət önə də çəkilə bilər
16:15
2 may 2024
Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilib
16:05
2 may 2024
Milli Məclisin sədri: Azərbaycan dostluq şəraitində yaşayan müxtəlif etnik və dini qrupların evidir
10:53
2 may 2024