“Kapital Bank” “Human Kapital Center”in açılışını edib

“Kapital Bank” “Human Kapital Center”in açılışını edib
# 22 noyabr 2014 08:24 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. “Kapital Bank”da “Human Kapital Center”in açılışı olub.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, mərkəzin əsas missiyası biznes tələblərinə, bankın strateji məqsədlərinə uyğun peşəkar komandanın formalaşdırılmasıdır.

“Human Kapital Center korporativ təlim və inkişaf sisteminin qurulmasını və təkmilləşdirilməsini, korporativ mədəniyyətin yüksəlişini təmin edir. İstedadlı kadrların axtarışını, işə qəbulunu həyata keçirir. İşçilərin karyera irəliləyişinə dəstək verir. Əməkdaşların peşəkarlıq səviyyəsini daim inkişaf etdirməklə bankın baş ofisinin və filial şəbəkəsinin peşəkar kadrlara olan ehtiyaclarını təmin edir.

Açılış mərasimində “Human Kapital Center”in fəaliyyət istiqamətlərini əks etdirən təqdimat keçirilib.

“Kapital Bank”ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev komandanın peşəkar inkişafının “Kapital Bank” üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib: “Kapital Bank ümumi maraqlar ətrafında birləşmiş peşəkarlardan ibarət komanda formalaşdırır. Komanda ruhunun yüksəlişi, əməkdaşların fəaliyyətinin stimullaşdırılması bizim üçün çox mühümdür. Ümid edirik ki, “Human Kapital Center” “Kapital Bank”ın öz strateji hədəflərinə çatmasına böyük töhfələr verəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR