Eldar Sultanov: “İntihar hadisələrini ölkənin iqtisadi durumu ilə əlaqələndirmək qətiyyən düzgün deyil”

Eldar Sultanov: “İntihar hadisələrini ölkənin iqtisadi durumu ilə əlaqələndirmək qətiyyən düzgün deyil”
# 12 aprel 2013 07:41 (UTC +04:00)

Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-nın sorğusuna cavabında intihar hadisələrinin ictimailəşdirilməsinin əleyhinə oldğunu qeyd edib: “Bu kateqoriyadan olan cinayət hadisələrinin kütləvi informasiya vasitələrində yayılması insanların, xüsusilə gənclərin psixologiyasına mənfi təsir göstərir. Bəzi hallarda insanlar ümüdsüzliyə qapılaraq çıxış yolunu özünə qəsd etməkdə görürlər və KİV-də yer alan bu cür yazılar dərhal onların diqqətini cəlb edir”.

E. Sultanov qeydə alınınan intihar hadisələrinin səbəblərinin də müxtəlif olduğunu deyib: “İntiharın səbəblərinə gəlincə bunlar müxtəlifdir, psixoloji və sosial səbəblər, psixiatrik və digər xəstəliklər ola bilər”.

E. Sultanov onu da vurğulayıb ki, intihar hadisələrini ölkənin iqtisadi durumu ilə əlaqələndirmək qətiyyən düzgün deyil: “Belə ki, Norveç adambaşına düşən ümumdaxili məhsulun həcminə görə dünyanın ən inkişaf etmiş ölkələrindən biri olmasına baxmayaraq orada intihar hadisələrinin sayı da olduqca yüksəkdir. Lakin buna baxmayaraq həmin ölkədə fəaliyyət göstərən KİV intihar hadisələrini ümumiyyətlə, işıqlandırmırlar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR