Bakıdakı ticarət mərkəzində zəhərlənənlərin hamısı evə buraxılıb - YENİLƏNİB - 3 - VİDEO

Bakıdakı ticarət mərkəzində zəhərlənənlərin hamısı evə buraxılıb - <span style="color: red;">YENİLƏNİB - 3  - <span style="color: red;">VİDEO
# 12 aprel 2015 16:45 (UTC +04:00)

Bakı. Könül Kamilqızı -APA. “Metropark” ticarət mərkəzində baş verən kütləvi zəhərlənmə ilə əlaqədar hadisə yerinə 16 təcili tibbi yardım briqadası və insanları daşımaq üçün bir neçə kütləvi xüsusi təcili yardım maşını göndərilib.

Bu barədəd APA-ya Səhiyyə Nazirliyindən məlumat verilib.

Hadisə yerində 30-a yaxın şəxsə ilkin tibbi yardım göstərilib, 15 nəfər isə hospitallaşdırılıb.

Nazirlikdən onu da bildiriblər ki, artıq xəstəxanaya yerləşdirilmiş bütün şəxslər evə buraxılıblar.

Hadisənin baş vermə səsəbləri barədə araşdırma davam edir.

***

19:05

Bakı. Kəmalə Quliyeva-APA. “Metropark” ticarət mərkəzində baş verən kütləvi zəhərlənmə ilə əlaqədar Kliniki Tibbi Mərkəzə 27 zərərçəkən gətirilib.

Bunu APA-ya açıqlamasında Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri, respublikanın baş toksikoloqu Azər Maqsudov bildirib.

Onun sözlərinə görə, xəstələrin vəziyyəti orta ağır olub: “Zərərçəkənlərin hamısı müayinə olunaraq tibbi yardım göstərilib. Onlarıт hamısı artıq evlərinə buraxılıb”.

***

17:56

Bakı. Hafiz Heydərov - APA. Nərimanov rayonunda fəaliyyət göstərən ticarət mərkəzində baş verən zəhərlənmə faktı ilə bağlı araşdırma aparılır.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya bildirib ki, hazırda Nərimanov Rayon Prokurorluğu, Rayon Polis İdarəsi, Fövqəladə Hallar və Səhiyyə nazirliklərinin aidiyyəti qurumlarının iştirakı ilə hadisə yerinə baxış keçirilir.

Hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində zəruri tədbirlər görülür.

Nəticə barədə ictimaiyyətə məlumat veriləcək.

***

12 Aprel 2015 saat 16:25

Bakı. Könül Kamilqızı, Hafiz Heydərov - APA. Bakıda böyük ticarət mərkəzlərindən birində kütləvi zəhərlənmə olub.

Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə aprelin 12-də “Metropark” Ticarət Mərkəzində qeydə alınıb.

Ticarət Mərkəzinin qarajında qonşu binalardan birinə məxsus havalandırma xəttindən dəm qazının sızması nəticəsində qarajda olan 20-dən artıq şəxs zəhərlənib.

15-dən çox şəxs təcili yardım maşınları ilə xəstəxanalara aparılıb. Digər şəxslərə yerində yardım göstərilib.

Bakı Şəhər Təcili Təxirəsalınmaz Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev APA-ya açıqlamasında əraziyə təcili yardım briqadaları göndərdiklərini deyib. Onun sözlərinə görə, zərərçəkənlərdən bəziləri xəstəxanalara yerləşdirilib, bəzilərinə isə yerində tibbi yardım göstərilib. Baş həkim prosesin hələlik davam etdiyini, zərərçəkənlərin sayı barədə dəqiq rəqəm söyləməyin tez olduğunu bildirib.

Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri, respublikanın baş toksikoloqu Azər Maqsudov isə APA-ya bildirib ki, KTM-yə 7 nəfər yerləşdirilib.

“Onlar başgicəllənməsi və ürək bulanmasından şikayətlənirlər. Vəziyyətləri orta ağırdır. İlkin məlumata görə, zəhərlənmə qaz sızmasından baş verib. Lakin dəqiq səbəblər araşdırılır. Zəhərlənənlər arasında ticarət mərkəzinin işçiləri və ticarət mərkəzinə gələn vətəndaşlar var”, - deyə baş toksikoloq qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR