Paytaxtda yük maşını "VAZ 2106" ilə toqquşub, xəsarət alan var - FOTO

Paytaxtda yük maşını "VAZ 2106" ilə toqquşub, xəsarət alan var - <span style="color: red;">FOTO
# 28 oktyabr 2015 02:43 (UTC +04:00)

Bakı. Fərahim Qasımov-APA. Ötən gecə Bakının Suraxanı rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə Səttar Bəhlulzadə küçəsində qeydə alınıb. Şəhərin mərkəzindən Suraxanı qəsəbəsi istiqamətində hərəkət edən "Mercedes" markalı kiçik tutumlu yük maşını yol ayrıcında "VAZ 2106" markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində "Jiquli"nin sürücüsü xəsarət alıb. O sonradan paytaxt xəstəxanalarının birinə müraciət etməli olub.

Yol qəzasının baş verdiyi ərazidə Suraxanı Rayon Polis İdarəsinin və Dövlət Yol Polis Şöbəsinin əməkdaşları müayinələr aparıb.

Təfərrüatlar araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR