“Bakcell” Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən fəxri fərmanla təltif olunub

“Bakcell” Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən fəxri fərmanla təltif olunub
# 07 iyul 2015 11:48 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. ”Bakcell” şirkəti I Avropa Oyunlarının telekommunikasiya xidmətlərinə verdiyi töhfəyə görə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən fəxri fərmanla təltif olunub.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, “Bakcell” tərəfindən Bakı Su İdmanı Mərkəzi, Bakı İdman Zalı, Tofiq Bəhramov adına Respublika Stadionu, Heydər Əliyev adına İdman Arenası, Atletlər kəndi, Bakı Kristal Zalı, “Fairmont” Oteli və Heydər Əliyev adına Beynəlxalq Hava Limanı kimi yarış və qeyri-yarış məkanları binadaxili avadanlıqlarla təchiz olunub.

I Avropa Oyunlarına hazırlıq işləri çərçivəsində istifadəçilərə göstərilən xidmətin yüksək səviyyədə təşkil olunması məqsədilə “Bakcell” şirkəti əlavə olaraq 95 ədəd 2G/3G stansiyası və 20 ədəd 4G xidməti dəstəkləyən stansiya quraşdırıb. Yüksək şəbəkə keçiriciliyini təmin edən əlavə innovativ avadanlıqların quraşdırılması nəticəsində “Bakcell” şəbəkəsi daha da gücləndirilərək Avropa Oyunlarının keçirildiyi bütün məkanlarda çoxlu sayda abunəçilərin yüksək keyfiyyətli səs və internet xidmətləri ilə təmin edib.

Layihənin icra olunduğu müddət ərzində “Bakcell” digər təchizatçı şirkətlərlə birlikdə Avropa Oyunları Komandasının bir hissəsi olmaqla yanaşı dövlət layihəsinin yüksək səviyyədə gerçəkləşdirilməsinə xidmət göstərib. Avropa Oyunları zamanı Azərbaycana gələn turistlərin 1000 nəfərdən çoxu 150 Mbit/s çatan sürəti dəstəkləyən ən müasir LTE xidmətindən faydalanmaq üçün Bakcell şəbəkəsini seçiblər.

Qeyd edək ki, “Bakcell” Azərbaycanda fəaliyyət göstərən mobil operatorlar arasında abunəçilərinə rouminqdə olarkən 4G xidmətini təqdim edən ilk və yeganə operatordur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR