Mingəçevir şəhər sakinini ilan sancıb.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında Mingəçevirin “Energetiklər” qəsəbəsində baş verib. Orada yaşayan 1974-cü il təvəllüdlü Yaşar Kərimovu əlindən ilan vurub. Həmin şəxsi dərhal Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına çatdırıblar. Ona lazımı tibbi yardım göstərilib. Y. Kərimov hazırda xəstəxanada müalicə olunur.