Macarıstan xarici işlər və ticarət naziri Azərbaycan Dillər Universitetində olub

Macarıstan xarici işlər və ticarət naziri Azərbaycan Dillər Universitetində olub
# 04 noyabr 2014 09:41 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. Macarıstan xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycan Dillər Universitetində (ADU) olub. APA-nın xəbərinə görə, ADU-nun rektoru Səməd Seyidov Macarıstan nümayəndə heyətini qəbul edib. Görüşdə universitet haqqında məlumat verən S. Seyidov ADU-da bir sıra xarici dillərlə yanaşı, macar dilinin də tədris olunduğuna diqqət çəkib, bunun Azərbaycan və Macarıstanın ümumi dəyərləri və tarixi baxımından önəmli olduğunu qeyd edib.


Daha sonra Macarıstan xarici işlər və ticarət naziri Peter Siyarto çıxış edərək, artıq ikinci dəfə ADU-nun qonağı olduğunu və bundan məmnun qaldığını bildirib. O, universitetdə macar dilinin tədrisini yüksək qiymətləndirdiyini və Azərbaycan gənclərinin macar dilini öyrənərək ölkənin mədəniyyətinə və ədəbiyyatına daha yaxından bələd olacağını deyib. Azərbaycanın Avropa üçün strateji tərəfdaş olduğunu vurğulayan nazir bəyan ki, Azərbaycanın Avropa üçün önəmli enerji tərəfdaşıdır.

Sonda qonaq universitetin müəllim, tələbə heyətinə mühazirə oxuyub və iştirakçıların suallarını cavablandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR