Sabah seçki məntəqələri üzrə təsdiq edilmiş seçici siyahılarının dəqiqləşdirilməsi prosesi başa çatır

Sabah seçki məntəqələri üzrə təsdiq edilmiş seçici siyahılarının dəqiqləşdirilməsi prosesi başa çatır
# 05 oktyabr 2015 08:36 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Sabah Milli Məclisə noyabrın 1-də keçiriləcək seçkilərlə əlaqədar dairə və məntəqə seçki komissiyaları hər bir seçki məntəqəsi üzrə təsdiq edilmiş seçici siyahılarının dəqiqləşdirilməsi prosesini başa çatdırmalıdır.

APA-nın məlumatına görə, Seçki Məcəlləsinə əsasən seçicilərin daimi siyahısı hər bir seçki məntəqəsi üzrə məntəqə seçki komissiyası tərəfindən Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi formada hər il mayın 30-dək təsdiq edilir və səsvermə gününə azı 25 gün qalmış dəqiqləşdirilir.

Milli Məclisə keçiriləcək seçkilərlə əlaqıdar bu müddət 2015-ci il oktyabrın 7-dək olan dövrü əhatə edir. Sabah Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar məntəqə seçki komissiyaları seçki günü səsvermənin yeri və vaxtı barədə KİV-lər və məlumat lövhələri vasitəsilə seçicilərin xəbərdar edilməsi prosedurunu da başa çatdırmalıdırlar. Seçki Məcəlləsinə əsasən məntəqə seçki komissiyaları səsvermə gününə azı 25 gün qalmış səsvermənin yeri və vaxtı haqqında kütləvi informasiya vasitələri ilə və ya məlumat lövhələri vasitəsi ilə seçiciləri xəbərdar etməlidirlər. Milli Məclisə seçkilərlə əlaqədar bu müddət də 2015-ci il oktyabrın 7-dək olan dövrü əhatə edir. Sabah həm də seçiciyə müvafiq dairə seçki komissiyası və ya məntəqə seçki komissiyası tərəfindən qeydiyyatdançıxma (səsvermə) vəsiqəsinin verilməsi üçün ayrılan müddət başa çatır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR