Azərbaycanın bəzi yerlərinə 90 sm kimi qar düşüb

Azərbaycanın bəzi yerlərinə 90 sm kimi qar düşüb
# 23 fevral 2015 09:17 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. “Əvvəlcədən xəbər verildiyi kimi, fevralın 22-si gün ərzində ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, yağıntılı olub, sulu qar, qar yağıb. Bəzi şərq rayonlarında intensivləşib, Lənkəran-Astara zonasında güclü olub, axşam qərb rayonlarından başlayaraq tədricən kəsib”.

Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib. Onun sözlərinə görə, şimal küləyi fevralın 22-si günün birinci yarısında güclənib.

Qar örtüyünün hündürlüyü Lənkəran Astra bölgəsinin ərazisində 65-90 sm, Altıağacda 40 sm, Xınalıqda 23 sm təşkil edib, digər ərazilərdə isə qar tədricə əriyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR