Kürdəmirdə tövlə və 55 ton ot yanıb, 1 baş iribuynuzlu heyvan tələf olub

Kürdəmirdə tövlə və 55 ton ot yanıb, 1 baş iribuynuzlu heyvan tələf olub
# 12 avqust 2015 07:01 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə, Kürdəmir rayonu, Qarış Əyribənd kəndində (rayon mərkəzindən 29 km aralı) vətəndaşa məxsus həyətyanı sahədə ümumi sahəsi 660 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 360 kv.m sahədə və yaxınlıqda yerləşən ümumi sahəsi 240 kv.m olan tikilinin altına yığılmış 90 ton ot bağlamasının 55 tonu yanıb. Yanğın zamanı tikilinin içərində 1 baş iribuynuzlu heyvan tələf olub. Tövlənin, ot bağlamasının qalan hissəsi və bitişik tikililər yanğından mühafizə edib. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR