UEFA klubların reytinq siyahısını açıqlayıb

UEFA klubların reytinq siyahısını açıqlayıb
# 02 oktyabr 2015 09:46 (UTC +04:00)

Bakı – APA. Avrokubokların qrup mərhələsinin II turunun oyunlarından sonra UEFA klubların reytinq siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan klubları arasında ən yaxşı nəticə “Qarabağ”a məxsusdu.

Hesabında 12,3750 xal olan ağdamlılar qitənin 129-cu komandasıdı. 9,8000 xalı olan “Neftçi” 162-ci, “İnter” 5,3750 xalla 248-cidi.

5,1250 xala malik “Qəbələ” 254-cü yerdə qərarlaşıb. Digər klublarımızdan “Xəzər Lənkəran” (4,3750) 284-cü, “Bakı” ilə AZAL (hər ikisi 3,1250) 334-cüdü.

Təmsilçilərimizin Avropa Liqasındakı rəqiblərindən Almaniya “Borussiya”sı (Dortmund) 93,7780 xalla ilk “onluq2da yer alıb. “Qəbələ” ilə eyni qrupda çıxış edən Bundesliqa təmsilçisi 9-cu pillədə qərarlaşıb. Ümumiyyətlə Azərbaycan klublarının bütün rəqibləri təmsilçilərimizlə müqayisədə daha yüksək mövqedədi. İngiltərə “Tottenhem”i (63,2810) 24-cü, Belçika “Anderlext”i (44,0000) 38-ci, Yunanıstan PAOK-u (33,0400) 56-cı, Fransa “Monako” (32,2830) 57-ci, Rusiya “Krasnodar”ı (16,0960) 105-ci pillədədi.

Qeyd edək ki, siyahıya 147,5140 xala malik İspaniya “Real”ı (Madrid) başçılıq edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR