Azərbaycanda POS-terminalların sayı artıb

Azərbaycanda POS-terminalların sayı artıb
# 04 iyul 2014 10:22 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. Cari ilin iyun ayının 1-nə Azərbaycan üzrə quraşdırılmış POS-terminalların sayı 48 582 ədəd olub ki, bunun 35 110-u Bakı şəhərində, 13 472-i isə regionlarda yerləşir.

APA-Economics”in Mərkəzi Bankın statistikasına istinadən verdiyi xəbərə görə, ötən ay ilə müqayisədə POS-terminalların sayında 13%, keçən ilin müvafiq dövrünə isə 31% artım müşahidə olunub.

İyunun 1-nə ölkə üzrə dövriyyədə olan ödəniş plastik kartlarının sayı keçən ilin müvafiq dövrünə nisbətən 13,85% artaraq 5 967 minə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR