Azərbaycan İslam Partiyasının sədri və digərlərinin məhkəməsində şahidlər ifadə veriblər

Azərbaycan İslam Partiyasının sədri və digərlərinin məhkəməsində şahidlər ifadə veriblər
# 16 sentyabr 2011 14:04 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov, partiyanın sədr müavini Vaqif Abdullayev, Astara rayon təşkilatının sədri Rufulla Axundzadə, Mövsüm Səmədovun qayını Firdovsi Məmmədrzayevin, qohumu Dəyanət Səmədovun, partiya üzvü Zülfüqar Mikayılovun və Fəraməz Abbasovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə şahidlər Rufulla Axundzadənin qohumu Ədalət Kazımov və Əlihüseyn Kərimov çıxış ediblər. Ədalət Kazımov Rufulla Axundzadənin evindən silah-sursat çıxdığını, Əlihüseyn Kərimov isə Fəraməz Abbasovun yas mərasimlərində dövlət əleyhinə çıxılar etdiyini deyib. Prosesdə Rufulla Axundzadənin vəkili Anar Qasımov vəsatət verərək, müdafiə etdiyi şəxsin cinayət işi ilə bağlı şahidlərin bir həftə müddətində dindirilməməsi ilə bağlı vəsatət verib. O, bildirib ki, prosesə yeni qoşulduğundan ittiham aktı ilə ətraflı tanış ola bilməyib. Lakin məhkəmə həmin vəsatəti təmin etməyib.

Proses sentyabrın 19-da davam etdiriləcək.

Qeyd edək ki, ittiham olunan şəxslər yanvarın 7-də inzibati qaydada saxlanılıblar. Onlar Cinayət Məcəlləsinin 28, 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən terrora hazırlıq)və 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri üzrə ittiham olunurlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR