Bakı – APA. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov avqustun 18-də Xaçmaz şəhərində vətəndaşların qəbulunu keçirəcək.
Komitədən APA-ya verilən məlumata görə, qəbulda Xaçmaz şəhəri ilə yanaşı, Quba və Qusar rayonlarının vətəndaşları da iştirak edə bilərlər.
Qəbul saat 10.00-da Xaçmaz şəhərində yerləşən Tarix Diyarşünaslıq Muzeyində başlayacaq.