Heydər Əliyev Mərkəzi xarici ölkələrdə Heydər Əliyevə həsr olunmuş fotosərgilər təşkil edib

Heydər Əliyev Mərkəzi xarici ölkələrdə Heydər Əliyevə həsr olunmuş fotosərgilər təşkil edib
# 03 may 2013 09:44 (UTC +04:00)

Mərkəzdən APA-ya verilən məlumata görə, Heydər Əliyev irsinin yaşadılması və ölkədən kənarda təbliğ olunması baxımından önəm kəsb edən bu fotosərgilərdə ümummilli liderin həyatı və siyasi fəaliyyətinin müxtəlif dönəmləri əksini tapıb.

“Həyatdan 90 fraqment” adlı sərgilər mayın 5-dən etibarən Belarusda və Macarıstanda, mayın 7-dən isə Rumıniyada nümayiş olunacaq.

Mayın 7-də Azərbaycanın Rumıniyadakı səfirliyi, Heydər Əliyev Fondunun Rumıniyadakı nümayəndəliyi və Heydər Əliyev Mərkəzinin təşkil etdiyi konfrans çərçivəsində keçiriləcək sərgidə Rumıniyanın ictimai-siyasi xadimləri, xarici ölkələrin diplomatik korpusunun nümayəndələrinin iştirakı və çıxışı nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR