İranda baş verən zəlzələdə 3 nəfər ölüb, 22 nəfər yaralanıb
10 sentyabr 2008 15:52 (UTC +04:00)
Tehran-APA. İranda Bakı vaxtı ilə saat 16.00-da baş verən 7,5 bal gücündə zəlzələ nəticəsində ən azı 3 nəfər ölüb, 22 nəfər yaralanıb. APA-nın məlumatına görə, təbii fəlakətdən daha çox Hörmüzqan vilayəti zərər çəkib. Seysmoloqlar bu vilayətdə dörd güclü yeraltı təkan qeydə alıblar. Zəlzələ əhali arasında təşvişə səbəb olub, evlərini tərk edən vətəndaşlar artıq küçələrdə çadırlar qurmağa başlayıblar. Qeyd edək ki, zəlzələnin episentri Bəndər-Abbas şəhərindən 53 kilometr cənub-qərbdə, yerin 55 kilometr dərinliyində olub.
Asiya
Çində qasırğa 5 nəfərin ölümünə səbəb olub, 33 yaralı var
10:25
28 aprel 2024
Türkiyədə polis nəfəri bölmədə atəş açıb, idarə rəisi və şöbə müdiri öldürülüb - YENİLƏNİB-1
06:21
28 aprel 2024
İndoneziyada 6,5 bal gücündə zəlzələ olub
01:27
28 aprel 2024
Mahmud Abbas Ər-Riyadda fələstinli girovların məsələsini müzakirə edəcək
16:15
27 aprel 2024