Yaponiya İraqdan qoşunlarını çıxarmaq prosesini ilin sonunda başa çatdıracaq
11 sentyabr 2008 08:37 (UTC +04:00)
Tokio-APA. Yaponiya İraqdakı koalisiya qüvvələrinin tərkibində hərbi missiyasını dayandırmaq qərarını qətiləşdirib. APA-nın məlumatına görə, Yaponiyanın xarici işlər naziri Masaxiko Komuru Küveytdə dislokasiya olunan və BMT sülhməramlı qoşunlarının tərkibində uçuşlar həyata keçirən təyyarələrinin ilin sonuna kimi bölgədən çıxaracağını açıqlayıb. Qeyd edək ki, Yaponiya hökuməti İraqa hərbi kontingent göndərmək barədə qərarı 2003-cü ildə qəbul edib. Konstitusiyaya əsasən, Yaponiya qoşunları aktiv hərbi əməliyyatlarda iştirak edə bilməz, yalnız humanitar məqsədli missiya həyata keçirə bilərlər. Bölgəyə göndərilən Yaponiya quru qoşunları İraq ərazisini 2006-cı ildə tərk edib. Xatırladaq ki, müxalifətin etirazlarına baxmayaraq Yaponiya Hərbi Dəniz Qüvvələrinin gəmiləri Hind okeanında mövqe tutaraq NATO-nun Əfqanıstandakı qoşunlarının fəaliyyətinə dəstək verir.
Asiya
İsrail maliyyə naziri: Rafahda əməliyyat keçirilməyəcəyi təqdirdə hökumət parçalanacaq
18:00
28 aprel 2024
Qəzzada ölənlərin sayı 34 min 454-ə çatıb
14:26
28 aprel 2024
Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib, 38 şübhəli saxlanılıb
14:14
28 aprel 2024
İraq və Suriyada 3 PKK terrorçusu zərərsizləşdirilib
11:57
28 aprel 2024