İsrailin baş naziri Ehud Olmert istefa verib
22 sentyabr 2008 09:25 (UTC +04:00)
Tel-Əviv-APA. İsrailin baş naziri Ehud Olmert istefa verib. APA-nın məlumatına görə, bu istefa qərarı ilə növbədənkənar seçkilərə qədər hökumət başçısının dəyişdirilməsinə dair formal prosedur başa çatmış olub. Yaxın günlərdə hökumət başçısı postunun xarici işlər naziri Çipi Livniyə tapşırılması gözlənilir. Artıq prezident Şimon Peres bununla bağlı Knessetdəki fraksiya liderləri ilə danışıqlara başlayıb. Prezident öz yekun qərarını axşam saatlarında danışıqlar başa çatdıqdan sonra açıqlayacaq. Qanunvericiliyə görə, yeni hökumət formalaşdırmaq missiyası Knessetin 120 deputatından hər birinə tapşırıla bilər. Amma analitiklər bu postun partiyadaxili seçkilərdə qalib gələrək “Kadima” lideri postunda Olmerti əvəzləyən XİN başçısı Çipi Livniyə tapşırılacağını ehtimal edirlər.
Asiya
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb - YENİLƏNİB
00:15
3 may 2024
İran XİN: Saxlanılan “MCS Aries” gəmisinin heyəti sərbəst buraxılıb
23:02
2 may 2024
Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil
21:13
2 may 2024
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
19:01
2 may 2024