Bank Of Baku

Müxalifət hava limanını ələ keçirib

Müxalifət hava limanını ələ keçirib
# 26 noyabr 2008 08:01 (UTC +04:00)
Banqkok – APA. Noyabrın 25-də müxalifətdəki Demokratiya uğrunda Xalq Alyansının yüzlərlə fəalı Tailandın paytaxtı Banqkok şəhərinin “Subvarnaxumi” beynəlxalq hava limanının terminallarından birini ələ keçirib. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, polis kordonunu yaran nümayişçilər qarşılarına çıxan hər şeyi dağıdıblar. Hakimiyyət hava limanını müvəqqəti olaraq bağlamaq və gələn təyyarələri “Don Muanq” və “Utapao” aeroportlarına istiqamətləndirmək qərarına gəlib. Kütləvi iğtişaşlar təxminən 700 təyyarə reysinin ləğvinə səbəb olub. Qeydiyyatdan keçmiş 3 mindən çox sərnişin “Subvarnaxumi”də qalıb. Müxalifətin bu cür addıma əl atmasının səbəbi Peruda olan baş nazir Somçay Vonqsvatın ölkəyə dönüşünü əngəlləmək və onun istefasına nail olmaqdır.
Bu gün səhər Banqkokda 4 partlayış baş verib. “Subvarnaxumi” hava limanında baş verən 3 partlayış zamanı 4 müxalifətçi yaralanıb. Baş nazir Somçay Vonqsvatın ofisinin yerləşdiyi “Don Muanq” hava limanında da partlayış olub və 9 nümayişçi yaralanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR