Prezident Şimon Peres: “İsrail Qəzzada hərbi əməliyyatları dayandırmayacaq”
04 yanvar 2009 18:57 (UTC +04:00)
Ş. Peres bildirib ki, HAMAS atəşi davam etdirdiyi bir vaxtda İsrailin əməliyyatı dayandıracağı barədə deyilənlərlə razılaşmaq mümkün deyil: “Bu, sadəcə mənasız məntiqdir”.
Bununla belə, İsrail prezidenti Qəzzanı işğal etmək niyyətində olmadıqlarını söyləyib: “Biz Qəzza sektorunu işğal etmək, yaxud HAMAS-ı məhv etmək niyyətində deyilik. Bizim məqsədimiz terrorizmin axırına çıxmaqdır. HAMAS-a isə yaxşıca dərs vermək lazımdır”.
Qeyd edək ki, Fələstinin Qəzza sektoru 1967-ci ildə 6 günlük müharibədən sonra İsrail tərəfindən işğal edilib. İsrailin bu işğalına 2005-ci ildə son qoyulub.
Onu da əlavə edək ki, İsrail tərəfindən ötən il dekabrın 27-dən başlayan hava hücumları, bu il yanvarın 3-dən isə aparılan quru əməliyyatları nəticəsində Qəzzada 500-dən çox günahsız fələstinli həlak olub, 2500-ü isə yaralanıb.