Bank Of Baku

Livanda BMT sülhməramlı kontingenti döyüş hazırlığı vəziyyətinə gətirilib

Livanda BMT sülhməramlı kontingenti döyüş hazırlığı vəziyyətinə gətirilib
# 08 yanvar 2009 13:37 (UTC +04:00)
Beyrut-APA. İsrailin Livana raket zərbələri endirməsindən sonra BMT-nin Livandakı sülhməramlı kontingenti yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. APA-nın məlumatına görə, kontingentin fransız komandanlığı yeni atəşlərə yol verməmək üçün sülhməramlıların öz mövqelərinə keçməyə əmr verib. Qeyd edək ki, bu gün səhər saatlarında Livan ərazisindən İsrailə raket atılıb. “Hizbullah” rəhbərliyi baş verənlərə heç bir aidiyyəti olmadığını deyib və raketlərin İsraillə sərhəd bölgədəki qaçqın düşərgəsinin ərazisindən atıla biləcəyini söyləyib. Buna cavab olaraq İsrail ordusu Livan ərazisini artilleriya atəşinə tutub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR