Bank Of Baku

HAMAS hərəkatı da BMT-nin qətnaməsini rədd edib

HAMAS hərəkatı da BMT-nin qətnaməsini rədd edib
# 09 yanvar 2009 15:15 (UTC +04:00)
Qəzza-APA. HAMAS hərəkatı BMT Təhlükəsizlik Şurasının atəşkəsə çağıran qətnaməsini rədd edib. APA-nın məlumatına görə, hərəkat rəhbərliyi bildirib ki, qətnamə Fələstin xalqının maraqlarına cavab vermir. HAMAS-ın Livandakı nümayəndəsi Raafat Morra bildirib ki, Fələstin xalqı qeyd olunan qətnaməni qəbul etməyəcək. Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının qətnaməsi İsrail qoşunlarının Qəzza zolağından çıxarılmasını və atəşkəs elan olunmasını nəzərdə tutur. Qətnamənin qəbulu zamanı ABŞ bitərəf qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR