Bank Of Baku

PKK terror təşkilatının İrandakı qolu fəaliyyətini dayandırıb

PKK terror təşkilatının İrandakı qolu fəaliyyətini dayandırıb
# 12 yanvar 2009 08:38 (UTC +04:00)
APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, terror təşkilatı bu qərarını özünün peyk vasitəsilə yayımlanan telekanalı - “Novruz” TV-də açıqlayıb. PJAK İran, Suriya, Türkiyə və İraqdakı mərkəzi hökumətlərlə mübarizə aparmağa gücünün olmadığını bildirib. PJAK digər terror təşkilatlarını da mərkəzi hökumətlərdən ayrılmaq düşüncəsindən imtina etməyə çağırıb.

Qeyd edək ki, İranın Türkiyə və İraqla sərhəd bölgələrində fəaliyyət göstərən PJAK-ın terror aksiyaları nəticəsində indiyə qədər çoxlu sayda dinc sakin və əsgər həlak olub. Yaxalanan PJAK üzvləri İranda edam cəzasına məhkum edilirdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR