Bank Of Baku

“Human Rights Watch”: İsrail fosforlu bombalardan istifadə edib

“Human Rights Watch”: İsrail fosforlu bombalardan istifadə edib
# 12 yanvar 2009 11:43 (UTC +04:00)
Vaşinqton – APA. “Human Rights Watch” hüquq-müdafiə təşkilatı İsraili Fələstinin Qəzza və Cəbaliyə şəhərlərinin bombardmanı zamanı fosforlu bombalardan istifadə etməkdə günahlandırıb. APA-nın məlumatına görə, təşkilat həkimlərə istinadən İsrailin əhalinin sıx məskunlaşdığı yerlərdə qadağan olunmuş qeyri-konvensional silahlardan istifadə etdiyini açıqlayıb. Belə ki, həkimlər böyük ehtimalla ağ fosforun səbəb olduğu ağır yanıq yaraları ilə xəstələr qəbul etdiklərini deyiblər. İsrail ordusunda bu tipli bombaların olduğu məlumdur. Çünki İsrail bu silahlardan ikinci Livan müharibəsi zamanı da istifadə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR