Bank Of Baku

HAMAS Qəzzada Türkiyə hərbi kontingentinin yerləşdirilməsinə razı olduğunu açıqlayıb

HAMAS Qəzzada Türkiyə hərbi kontingentinin yerləşdirilməsinə razı olduğunu açıqlayıb
# 13 yanvar 2009 11:22 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu Londonda ərəb dilində nəşr olunan “Əl-Həyat” qəzeti yazıb. Adı açıqlanmayan HAMAS rəhbərlərindən biri qəzetə “Türkiyə Silahlı Qüvvələrinin Qəzza zolağı sərhədində yerləşdirilməsinə etiraz etmirik”, deyib. “Əl-Həyatda” çıxan yazıda bildirilir ki, HAMAS nümayəndələri İsraillə danışıqlarda vasitəçilik edən Misir rəhbərliyi ilə keçirəcəkləri görüşdə türk hərbi kontingentini qəbul etməyə hazır olduqlarını söyləyəcəklər. Belə ki, bölgəyə beynəlxalq sülhməramlı qüvvələrin gəlişinə qəti etiraz edən və bu qüvvələri işğalçı adlandıran HAMAS müsəlman ölkəsi olan Türkiyəyə etimad bəsləyir. Amma təşkilat yalnız Qəzzanın mühasirəsinin aradan qaldırılması və bütün nəzarət-buraxılış məntəqələrinin açılması şərti ilə türk kontingentini qəbul etməyə hazırdır.

Xatırladaq ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bu yaxınlarda Suriyaya səfəri zamanı HAMAS-ın Siyasi Bürosunun sədri Xalid Maşalla görüşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR