Bank Of Baku

UNİCEF: Qəzza zolağında 275-i uşaq olan 912 nəfər ölüb

UNİCEF: Qəzza zolağında 275-i uşaq olan 912 nəfər ölüb
# 13 yanvar 2009 11:52 (UTC +04:00)
APA-nın məlumatına görə, bu rəqəmi BMT-nin Uşaq Fondu UNİCEF İsrail Xarici İşlər Nazirliyi və Fələstin Səhiyyə Nazirliyinə istinadən açıqlayıb. Əməliyyatlar nəticəsində 3740 nəfər yaralanıb ki, onlardan 1362-si uşaq, 528-i qadındır. İsrailin raket atəşinə tutulması nəticəsində isə 4 nəfər öldürülüb, 250 nəfər yaralanıb. BMT-nin fövqəladə yardımlar üzrə əlaqələndiricisi Con Holms Qəzzada ölənlərin və daxili köçkünlərin sayının çoxluğundan narahat olduqlarını bildirib. O, köçkünlərin yerləşdirilməsi üçün BMT-nin məktəbləri və digər məkanlarından istifadə etdiklərini və 31 bu cür sığınacaq yaratdıqlarını deyib. Bu sığınacaqlarda 30 minə yaxın adam qalır. BMT onları qida, su və geyimlə təmin edir. Hazırda Qəzzada təxminən 500 min nəfər qida, tibb ləvazimatları və içməli suya ehtiyac duyur. C. Holms İsraildən təhlükəsizlik təminatı aldıqdan sonra BMT-nin Qəzzada fəaliyyətini bərpa etdiyini də əlavə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR