Bank Of Baku

Qəzza zolağında müharibə Fələstinə 3 milyard dollar ziyan vurub

Qəzza zolağında müharibə Fələstinə 3 milyard dollar ziyan vurub
# 15 yanvar 2009 07:55 (UTC +04:00)
Qəzza-APA. İsrailin Qəzza zolağında keçirdiyi əməliyyat nəticəsində Fələstinə 3 milyard dollar ziyan dəyib. APA-nın məlumatına görə, bu rəqəmi açıqlayan Fələstinin Rusiyadakı səfiri Afif Safiya tezliklə yaradılacaq keçid hökumətinin ilk növbədə ölkəyə dəyən ziyanın aradan qaldırılması ilə məşğul olmasını vacib sayıb. Onun sözlərinə görə, yeni keçid hökumətinin qarşısında duran ikinci vacib məsələ beynəlxalq nəzarət altında parlament və prezident seçkiləri keçirməkdir. Seçkilərin nəticələrinə görə yeni koalisiya hökuməti qurulacaq. Qeyd edək ki, hazırda Fələstində ikihakimiyyətlilik hökm sürür. İordan çayının Qərb sahili prezident Mahmud Abbas və Fələstin Azadlıq Təşkilatının nəzarətindədir. Qəzza zolağına isə HAMAS təşkilatı nəzarət edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR