Bank Of Baku

İsrail hərbçiləri Qəzzada BMT-yə məxsus avtomobili atəşə tutublar

İsrail hərbçiləri Qəzzada BMT-yə məxsus avtomobili atəşə tutublar
# 15 yanvar 2009 08:13 (UTC +04:00)
Qəzza – APA. İsrail ordusunun bombardmanları nəticəsində Qəzzada BMT-yə məxsus avtomobil vurulub. APA-nın “Habertürk”ə istinadən verdiyi məlumata görə, BMT nümayəndəsi Kris Qunnes avtomobillərindən birinin atəşə tutulduğunu, hadisə zamanı sürücünün yaralandığını deyib. O, avtomobilin üzərində UN hərflərinin yazılması və BMT bayrağı olmasına baxmayaraq, atəşə məruz qaldığına diqqət çəkib. İsrail ordusu isə insidentin araşdırılacağını açıqlayıb.

Qeyd edək ki, Qəzzada aparılan 20 günlük hərbi əməliyyat nəticəsində 1010 nəfər ölüb, 4 min 600 nəfər yaralanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR