Bank Of Baku

Şimali Koreya lideri varisini elan edib

Şimali Koreya lideri varisini elan edib
# 15 yanvar 2009 10:23 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen İr üçüncü oğlu Kim Çen Inın hakim Əmək Partiyasında varisi olmasını təklif edib. APA-nın xarici KİV-ə istinadən verdiyi məlumata görə, Koreya lideri partiya rəhbərliyinə bu barədə direktiv göndərib.

Qeyd edək ki, Kim Çen İr KXDR-in banisi Kim İr Senin oğludur. 1974-cü ildə Əmək Partiyasının qurultayında atası onu varisi elan edib. KXDR-in hazırkı rəhbərinin 67 yaşı var. O bir müddətdir, ürək-damar və şəkər xəstəliklərindən əziyyət çəkir.

Atasının varis elan etdiyi 25 yaşlı Kim Çen In Kim Çen İrin üçüncü arvadından olan oğludur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR