Bank Of Baku

Mahmud Əhmədinejat İsrail xalqını küçələrə çıxmağa, əsgərləri isə komandanlığın əmrlərinə tabe olmamağa çağırıb

Mahmud Əhmədinejat İsrail xalqını küçələrə çıxmağa, əsgərləri isə komandanlığın əmrlərinə tabe olmamağa çağırıb
# 15 yanvar 2009 10:26 (UTC +04:00)
Tehran – APA. İran prezidenti Mahmud Əhmədinejat ərəb televiziyalarına müsahibəsində İsrail xalqı və ordusuna müraciət edib. APA-nın məlumatına görə, M. Əhmədinejat İsrail xalqına xitabən deyib: “Müsəlman, xristian, yəhudi – hansı din və irqdən olursunuz olun – insansınız. Sionist rəhbərlərdən “niyə qətllər törədirsiniz, Fələstin və Livan xalqı ilə niyə belə davranırsınız, uşaqları niyə öldürürsünüz” deyə soruşmağın vaxtı çatmayıbmı? Dünyanın digər millətləri kimi, siz də küçələrə çıxın, fəryad edin və bu vəhşiliklərə son qoyulmasını tələb edin”.

M. Əhmədinejat İsrail əsgərlərinə müraciətində isə bildirib: “Qətl törətmək və zülm etmək üçün sizlərdən istifadə olunmasından narahat olduğunuz, komandirlərinizlə problem yaşadığınıza dair məlumatlar var. Əsl sual budur: Niyə uşaqları, qadınları və qocaları öldürməlisiniz?! Komandirlərinizə etiraz etməyin vaxtı çatıb. Əmrlərə tabe olmayın, məsum insanları öldürməyin”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR