Bank Of Baku

Qəzza zolağında öldürülən fələstinlilərin sayı 1066 nəfərə çatıb

Qəzza zolağında öldürülən fələstinlilərin sayı 1066 nəfərə çatıb
# 15 yanvar 2009 10:33 (UTC +04:00)
Qəzza-APA. İsrailin Qəzza zolağında başladığı hərbi əməliyyatlarda öldürülən fələstinlilərin sayı 1066 nəfərə çatıb. APA-nın məlumatına görə, bu gün bombardmanlar zamanı uçmuş evin dağıntıları altından 15 nəfərin cəsədi çıxarılıb. Qəzza şəhərinin mərkəzinə doğru irəliləyən İsrail tankının evlərə açdığı atəş nəticəsində çoxlu sayda yaralının olduğu bildirilir. Tankların irəlilədiyi bölgələrdə dinc sakinlər evləri tərk etməyə başlayıb. Bu gecə İsrail aviasiyası HAMAS-a məxsus 70-ə hədəfə zərbə endirib. Zərbələr nəticəsində çoxlu sayda yeraltı tunelin dağıdıldığı bildirilir. Qəzzanın Tel El Hava rayonunda HAMAS döyüşçüləri ilə İsrail əsgərləri arasında döyüşlər davam edir. Dünən gecədən etibarən başlayan atışma zamanı 11 İsrail əsgərinin yaralandığı barədə məlumatlar var. HAMAS döyüşçüləri də İsrail ərazisinə raket zərbələri endirməkdə davam edir. Bu gecə İsrail ərazisinə 14 raket atılıb. Bununla da İsrailə endirilən raket zərbələrinin sayı 700-ü keçib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR