Bank Of Baku

İsrail ordusu BMT-nin Qəzzadakı qərargahını bombalayıb

İsrail ordusu BMT-nin Qəzzadakı qərargahını bombalayıb
# 15 yanvar 2009 12:02 (UTC +04:00)
APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, dinc sakinlərin gizləndiyi BMT binasının atəşə tutulması nəticəsində təşkilatın 3 əməkdaşı yaralanıb. Bəzi mənbələr binaya 3 fosforlu bombanın atıldığını xəbər veriblər. Jurnalistlərin qaldığı “Əl-Şüruk” otelinin bombalanması nəticəsində isə “Abu Dabi” televiziyasının əməkdaşı yaralanıb. 500 nəfərin müalicə olunduğu xəstəxana binasının vurulmasından sonra xəstəxanada yanğın başlayıb. Ölən və yaralananların olub-olmadığı hələlik bəlli deyil. Hazırda İsraildə olan BMT-nin baş katibi Pan Gi Mun hadisəyə etirazını bildirib. O, Qəzzada insan ölümlərinin dözülməz səviyyədə olduğunu deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR