Bank Of Baku

Almaniyanın Əfqanıstandakı səfirliyi qarşısında terror aksiyası baş verib

Almaniyanın Əfqanıstandakı səfirliyi qarşısında terror aksiyası baş verib
# 17 yanvar 2009 09:03 (UTC +04:00)
Kabil – APA. Bu gün səhər terrorçu-kamikadze Almaniyanın Əfqanıstandakı səfirliyinin binası qarşısında partlayış törədib. APA-nın AFP-yə istinadən verdiyi məlumata görə, Kabilin xüsusi mühafizə olunan rayonunda yerləşən səfirlik binasının qarşısındakı güclü partlayış nəticəsində iki avtomobil və bir benzindaşıyan maşın yanıb. Terror aksiyası nəticəsində ölənlər və yaralananlar olduğu bildirilsə də, onların sayı açıqlanmayıb. “Associated Press” isə hadisə nəticəsində azı 4 ABŞ hərbçisinin zərər çəkdiyini xəbər verib. Onlar qəlpə yaraları alıblar. İlkin versiyaya əsasən terroru “Taliban” hərəkatının üzvləri törədib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR