Bank Of Baku

İsrailin Qəzza zolağında keçirdiyi hərbi əməliyyat - XRONOLOGİYA

İsrailin Qəzza zolağında keçirdiyi hərbi əməliyyat - <font color=red>XRONOLOGİYA  </font>
# 19 yanvar 2009 11:57 (UTC +04:00)
APA-nın Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, İsrail ordu hissələri atəşkəs elan olunmasının ardından Qəzza zolağını tərk etməyə başlayıblar. Ötən ayın sonlarında başlayan və əksəriyyəti mülki şəxs olan 1300 nəfərin ölümü ilə nəticələnən hərbi əməliyyatın qısa xronologiyasını təqdim edirik:

2008-ci il

19 dekabr – HAMAS ilə İsrail arasında imzalanmış atəşkəs sazişinin müddəti başa çatıb.

24 dekabr – HAMAS üzvləri Qəzza zolağından İsrail ərazisinə raket zərbəsi endirməyə başlayıblar.

27 dekabr - İsrail Qəzza zolağına havadan zərbələr endirib, bombardmanlar nəticəsində ən azı 229 fələstinli ölüb.

28 dekabr – İsrail Qəzza İslam Universitetinin binasını və bölgəyə silah gətirilməsi üçün istifadə olunan yeraltı tunelləri bombalayıb.

31 dekabr – BMT Təhlükəsizlik Şurası münaqişə tərəflərini atəşkəsə çağıran qətnamənin qəbulu üçün fövqəladə toplantı keçirsə də, iclas səs vermə keçirilmədən başa çatıb.

2009-cu il

1 yanvar – İsrailin bombardmanları nəticəsində HAMAS liderlərindən Nizar Rayyan öldürülüb.

3 yanvar – İsrail ordu birləşmələri hərbi texnikanın müşayiəti ilə Qəzza zolağına daxil olub.

4 yanvar – Qəzza şəhərini iki hissəyə bölən İsrail ordusu şəhərin ətrafında çoxlu sayda canlı qüvvə və texnika cəmləşdirməyə başlayır.

6 yanvar – İsrail Cəbaliyyə qaçqın düşərgəsində fələstinlilərin gizləndiyi BMT-nin himayəsində olan məktəbə raket zərbəsi endirib, nəticədə 42 nəfər ölüb. Münaqişənin inkişafını dayandırmaq və atəşkəs elan etmək üçün çoxtərəfli diplomatik cəhdlər davam etdirilib.
7 yanvar – İsrail Misir və Fransanın təklif etdiyi atəşkəs planı ilə razı olduğunu bəyan edib.

8 yanvar – Livan ərazisindən İsrailin şimalına raket zərbələri endirilib, İsrail bu zərbələrə artilleriya atəşi ilə cavab verib. BMT Təhlükəsizlik Şurası Qəzza zolağında təcili olaraq atəşkəsə çağıran qətnamə qəbul edib, ABŞ səsvermədə bitərəf qalıb. BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) humanitar yardım karvanının sürücüsü öldürülüb, UNRWA bölgəyə yardım gətirilməsini dayandırıb.

9 yanvar – İsrailin baş naziri Ehud Olmert BMT Təhlükəsizlik Şurasının tələbini rədd edib.

10 yanvar – HAMAS-ın siyasi lideri Xalid Maşal İsraili soyqırımı törətməkdə günahlandırıb.

11 yanvar – İsrail əsgərləri Qəzzada əhalinin ən sıx yaşadığı bölgəyə yaxınlaşrıalr.

12 yanvar –İsrailin müdafiə naziri Ehud Barak və xarici işlər naziri Tsipi Livni şəhər mərkəzinə daxil olmamaq barədə qərar qəbul edirlər.

14 yanvar – Livandan İsrail ərazisinə daha bir raket zərbəsi endirilib. BMT-nin baş katibi Pan Gi Mun atəşkəsə nail olmaq üçün Yaxın Şərqə gəlib.

15 yanvar – İsrail ordusu Qəzzanın içərisinə doğru irəliləyərək hədəflərə güclü artilleriya zərbəsi endirib. Ordu həmçinin UNRWA-nın binasını və jurnalistlərin olduğu binanı raketlə vurub.

17 yanvar – Beynəlxalq birliyin çağırışına cavab olaraq İsrail birtərəfli qaydada atəşkəs elan edib.

18 yanvar – HAMAS və bölgədəki digər fələstinli qruplaşmalar də atəşkəs elan eləyib və İsrailə öz qoşunlarının Qəzza zolağından çıxarmaq üçün bir həftə vaxt verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR