Bank Of Baku

İsrail Qəzzada tərkibində ağ fosfor olan qadağan olunmuş silahlardan istifadə faktlarını araşdıracaq

İsrail Qəzzada tərkibində ağ fosfor olan qadağan olunmuş silahlardan istifadə faktlarını araşdıracaq
# 21 yanvar 2009 14:07 (UTC +04:00)
Tel-Əviv-APA. İsrail Qəzza sektorunda hərbi əməliyyat zamanı ağ fosfor maddəsi daşıyan silahlardan istifadəyə dair faktları araşdırmağa başlayıb. APA-nın məlumatına görə, tərkibində ağ fosfor olan silahlardan döyüş sahəsində tüstü dumanı yaratmaq üçün istifadə olunur, lakin ağ fosforun mülki şəxslərə toxunması ehtimalı olan zaman bu silahdan istifadə qadağan edilir. İnsan bədəninə dəyən ağ fosfor kürələri dərini sümüklərə kimi yandırmaq imkanına malikdir. Bu cür yara alan şəxslərin sağ qalmaq şansı çox azdır. Qeyd edək ki, Human Rights Watch hüquq müdafiə təşkilatı Cəbaliyyə qaçqın düşərgəsində bir neçə dəfə qadağan olunmuş ağ fosfor maddəsindən istifadəyə dair faktlar aşkarlayıb. İsrail tərəfi isə Qəzzada keçirilən əməliyyat zamanı yalnız icazə verilmiş silah növlərindən istifadə edildiyini bildirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR