Bank Of Baku

İsrail xarici jurnalistlərin Qəzza zolağına daxil olmasına icazə verib

İsrail xarici jurnalistlərin Qəzza zolağına daxil olmasına icazə verib
# 22 yanvar 2009 14:28 (UTC +04:00)
Qəzza-APA. İsrail xarici jurnalistlərin Qəzza zolağına daxil olmasına dair qadağanı qaldırıb. APA-nın məlumatına görə, jurnalistlər Ereç nəzarət-buraxılış məntəqəsindən keçərək Qəzza zolağına daxil ola bilərlər. Qeyd edək ki, ötən il noyabrın 5-dən İsrail xarici jurnalistlərin Qəzza zolağına daxil olmasına qadağa qoymuşdu. Dünyanın aparıcı kütləvi informasiya vasitələri bu qərarı tənqid edərək İsraili məhkəməyə verəcəklərini bəyan etmişdilər. Beynəlxalq medianın təzyiqi ilə qadağa qaldırılsa da, İsrail dekabrın 8-dən yenidən analoji qadağanı tətbiq edib. Jurnalistlər qeyri-leqal yolla Qəzza zolağına daxil ola bilsələr də, İsrail ordusu onlardan bir neçəsini həbs edib. Həbs olunan jurnalistlərə qarşı rəsmi ittiham irəli sürüləcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR