Bank Of Baku

HAMAS: Obama Buşun səhvlərini təkrarlasa, ABŞ-ın Yaxın Şərq siyasəti iflasa uğrayacaq

HAMAS: Obama Buşun səhvlərini təkrarlasa, ABŞ-ın Yaxın Şərq siyasəti iflasa uğrayacaq
# 23 yanvar 2009 08:06 (UTC +04:00)
Qəzza-APA. HAMAS rəhbərliyi ABŞ prezidentinin Yaxın Şərqdə vəziyyətə dair ilk bəyanatına sərt reaksiya verib. APA-nın məlumatına görə, HAMAS nümayəndəsi Üsamə Hamdan bildirib ki, ABŞ prezidenti Qəzza zolağında vəziyyəti İsrailin gözü ilə dəyərləndirir: “Belə təsəvvür yaranır ki, Barak Obama da sələfi Corc Buşun səhvlərini təkrarlamağa hazırlaşır. Əgər Barak Obama da eyni siyasəti davam etdirsə, növbəti 4 il ərzində ABŞ-ın Yaxın Şərq siyasəti iflasa uğrayacaq”. Qeyd edək ki, Barak Obama İsrailin özünümüdafiə hüququna hörmətlə yanaşdıqlarını bəyan edib. O qeyd edib ki, HAMAS beynəlxalq çağırışları qulaq ardına vurmayaraq İsrail ərazilərini raket atəşin tutdurmağı dayandırmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR