Bank Of Baku

İranda yaşayan azərbaycanlıların hüquqları uğrunda hərəkatın fəallarından Hüseyn Hüseyni girov müqabilində zaminə buraxılıb

İranda yaşayan azərbaycanlıların hüquqları uğrunda hərəkatın fəallarından Hüseyn Hüseyni girov müqabilində zaminə buraxılıb
# 23 yanvar 2009 08:08 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. İranda yaşayan azərbaycanlıların hüquqları uğrunda hərəkatın fəallarından olan, Ərdəbilin Razi Universitetinin müəllimi Hüseyn Hüseyni zaminə buraxılıb. Dünya Azərbaycanlıları Konqresinin mətbuat xidmətindən İrandakı mənbələrə istinadən APA-ya verilən məlumata görə, H. Hüseyni 68 gün İran İnformasiya və Təhlükəsizlik Nazirliyinin (ETELLAAT) tabeçiliyində olan Tehranda yerləşən “Evin” həbsxanasında saxlandıqdan sonra yerli məhkəmənin qərarı ilə 50 min ABŞ dolları dəyərində girov müqabilində zaminə buraxılıb. H. Hüseyninin dayısı Şəhid Rəcai Universitetinin müəllimi Abdullah Abbasi Cavan isə hələ də adıçəkilən həbsxanada saxlanılır. Onun məhkəməsinin vaxtı isə bəlli deyil.

Qeyd edək ki, Ərdəbilin Razi Universitetinin müəllimi Hüseyn Hüseyni və onun dayısı Şəhid Rəcai Universitetinin müəllimi Abdullah Abbasi Cavan 2008-ci il noyabrın 14-də Səttarxanın vəfatının ildönümündə iştirak etdiklərinə görə İran İnformasiya və Təhlükəsizlik Nazirliyi (ETELLAAT) tərəfindən həbs olunublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR