Bank Of Baku

İbn Sina Universitetinin azərbaycanlı tələbəsi dövlət əleyhinə fəaliyyətdə ittiham olunaraq azadlıqdan məhrum edilib

İbn Sina Universitetinin azərbaycanlı tələbəsi dövlət əleyhinə fəaliyyətdə ittiham olunaraq azadlıqdan məhrum edilib
# 23 yanvar 2009 15:39 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. İranın Həmədan şəhər İnqilab Məhkəməsinin qərarı ilə İbn Sina Universitetinin azərbaycanlı tələbəsi Məhəmməd Səyyadi barəsində həbs-qətimkan tədbiri seçilib. Dünya Azərbaycanlıları Konqresinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanvarın 20-də keçirilən məhkəmə prosesində M. Səyyadi İranın dövlət quruluşu əleyhinə fəaliyyətdə, iğtişaşlar yaratmaqda ittiham olunaraq, 195 gün müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən azərbaycanlı tələbə isə ona qarşı irəli sürülən ittihamları rədd edərək, yalnız Azərbaycan türklərinin hüquqları uğrunda fəaliyyət göstərdiyini açıqlayıb. Yanvarın 21-də isə İbn Sina Universitetinin bir qrup tələbəsi məhkəməsinin qərarına etiraz edərək, ali məktəbin həyətində aksiya keçirməyə cəhd ediblər. Hüquq-mühafizə orqanlarının müdaxiləsindən sonra aksiya dağıdılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR