Bank Of Baku

Bağdad yaxınlığında törədilən terror aktı nəticəsində 5 nəfər həlak olub, 13 nəfər yaralanıb

Bağdad yaxınlığında törədilən terror aktı nəticəsində 5 nəfər həlak olub, 13 nəfər yaralanıb
# 24 yanvar 2009 11:13 (UTC +04:00)
Bakı – APA. Bu gün İraqda terrorçu-kamikadzenin minalanmış avtomobili nəzarət-buraxılış məntəqəsində partlatması nəticəsində 5 polis həlak olub, 13 nəfər yaralanıb. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, hadisə paytaxt Bağdadın 30 km-də yerləşən Carma yaşayış məntəqəsində baş verib. Yaralılardan 6-sı polis, 7-si isə yerli sakindir.

Amerika ordusu 2008-ci ilin sonunda İraqda zorakılıq hallarının kəskin azaldığını bildirsə də, terror aktları və silahlı hücumlar mütəmadi baş verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR