Bank Of Baku

İsrail HAMAS təşkilatına 18 aylıq atəşkəs təklif edib

İsrail HAMAS təşkilatına 18 aylıq atəşkəs təklif edib
# 26 yanvar 2009 07:37 (UTC +04:00)
Qahirə-APA. İsrail HAMAS təşkilatına 18 aylıq atəşkəs təklif edib. APA-nın məlumatına görə, İsrail tərəfi bu təklifi Qahirədə keçirilən danışıqlar zamanı səsləndirib. HAMAS təmsilçisi Ayman Taha isə bu təklifə razılıq versə də, atəşkəs haqqında sazişin bir il müddətinə imzalanmasını məqbul sayıb. Taha bildirib ki, bir illik atəşkəs sazişi ilə yanaşı İsrail tərəfi Qəzza zolağının blokadasını qaldırmalı, Misir-İsrail sərhədində keçidləri açmalıdır. HAMAS bundan başqa Qəzza zolağı ilə sərhəddə Avropa və Misirdən olan müşahidəçilərin yerləşdirilməsini istəyir. Fələstinlilər müşahidə missiyasına İsrail təmsilçilərinin daxil edilməsini yolverilməz hesab edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR