Bank Of Baku

İran Qəzza zolağından Fələstin parlamenti üçün yeni bina tikəcək

İran Qəzza zolağından Fələstin parlamenti üçün yeni bina tikəcək
# 26 yanvar 2009 07:43 (UTC +04:00)
Tehran-APA. İran Qəzza zolağında Fələstin parlamenti üçün yeni bina inşa edəcək. APA-nın məlumatına görə, İran parlamentinin sədri Əli Laricani bildirib ki, ölkəsi Fələstin xalqına hər mənada dəstək verməyə hazırdır. O, Qəzza zolağında Fələstin müqavimət hərəkatının sionist rejim üzərində qalib gəldiyini də bəyan edib. Qeyd edək ki, İran HAMAS təşkilatına açıq şəkildə dəstək verir. İsrail bölgədən qoşunlarını çıxardıqdan sonra rəsmi Tehran muxtariyyətin dağıdılmış infrastrukturunun bərpasına yardım proqramı qəbul edib. İran Qəzza zolağında 1000 yaşayış evi, 10 məktəb, məscid və ticarət obyektləri tikmək niyyətindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR