Bank Of Baku

İsrail əsir götürülmüş əsgərinin əvəzində 1000 fələstinli məhbusu buraxmağa hazırdır

İsrail əsir götürülmüş əsgərinin əvəzində 1000 fələstinli məhbusu buraxmağa hazırdır
# 26 yanvar 2009 10:39 (UTC +04:00)
Tel-Əviv – APA. İsrail 2006-cı il iyunun 25-də HAMAS tərəfindən girov götürülmüş əsgər Gilad Şalitin geri verilməsinin əvəzində ölkə həbsxanalarındakı 1000 fələstinlini buraxmağa və Qəzza zolağı ilə sərhəddə nəzarət-buraxılış məntəqəsini açmağa hazırdır. APA-nın “Əl-Əhram” qəzetinə istinadən verdiyi məlumata görə, bunu HAMAS təmsilçisi Ayman Taha Misir rəhbərliyi ilə görüşündə deyib. Amma o, həbsdən buraxılacaq 1000 nəfəri İsrailin seçməsini istəmədiklərini bildirib: “İsrail HAMAS-ın və Gilad Şaliti əsir götürmüş digər qruplaşmaların verdiyi siyahıda adları olan şəxsləri azad etməlidir. Şərtlərimiz yerinə yetirilsə, Şalit bir saat da bizdə qalmayacaq”.

HAMAS-la Misir arasındakı danışıqlarda Qəzzada atəşkəsin vaxtının uzadılması da müzakirə mövzusu olub. İsrail atəşkəsin qeyri-müəyyən müddətə uzadılmasını istəsə də, HAMAS yalnız 1,5 illik atəşkəsə razıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR