Bank Of Baku

Soyuducuda 4 uşaq meyiti tapılıb

Soyuducuda 4 uşaq meyiti tapılıb
# 26 yanvar 2009 12:04 (UTC +04:00)
Tokio – APA. Yaponiyanın paytaxtı Tokio şəhərində bir evdə 4 uşağın meyiti tapılıb. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, paytaxtdakı evlərin birində kirayədə qalan 51 yaşlı qadın özünü asaraq intihar edib. Onun həyat yoldaşı və bacısı mənzildəki əşyaları götürmək üçün evə getdikdə soyuducuda plastik torbaların içinə qoyulmuş 4 uşaq cəsədi aşkarlayıblar. Cəsədlərin kimlərə məxsus olduğu hələlik bəlli deyil. İntihar edən qadının isə ev kirayəsini ödəyə bilmədiyi üçün bu yolu seçdiyi bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR